“Facebook” ABŞ-da $5 mlrd. cərimələnəcək

“Facebook” istifadəçilərinin fərdi məlumatlarının emalında pozuntulara görə 5 milyard dollar cərimə ödəyəcək.

Banker.az xəbər verir ki, cərimələnməyə dair qərar ABŞ-ın Federal Ticarət Komissiyası tərəfindən verilib və qısa müddətdə elan ediləcəkdir.

Xatırladaq ki, ABŞ-da “Facebook”- a qarşı “Apple”, “Amazon” və digər iri şirkətlərlə bağlanmış bir sıra sövdələşmələrə görə cinayət istintaqı gedir. Güman ki, bu müqavilələrdə şirkətlərə istifadəçi məlumatlarının ötürülməsini nəzərdə tutulub.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər