20 C
Baku
Tuesday, April 30, 2024

AZAL Bakıdan Nyu-Yorka aviareysləri davam etdirməyi qərara aldı

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb.

Beləliklə, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.

Qeyd edilib ki, Bakı- Nyu-York reysləri (“JFK” hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu “Boeing 787 Dreamliner” təyyarələri ilə yerinə yetiriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər