9 C
Baku
Thursday, December 12, 2024

Marşrutlarda nağd ödənişlər məhdudlaşdırılacaq

Bakıda sərnişindaşımada daha 30 marşrutda kart sistemi ilə gediş haqqının ödənilməsi tətbiq ediləcək. Bunu Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirmişdir. 

Onun sözlərinə görə, yaxın 2 ay ərzində daha 30 marşrutda gediş haqqının kartla ödənilməsi həyata keçiriləcək.

 Hazırda isə kartla ödəniş 40 marşrutda mövcuddur. Əldə olan məlumatlara görə hazırda vətəndaşlar tərəfindən 10 000 kart əldə edilib. Bununla belə, bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər