12 C
Baku
Tuesday, November 11, 2025

Xanım səhmdar “Günay Bank”da əlavə pay aldı

“Günay Bank” ASC-nin mühüm pay sahibi olan səhmdarlarından birinin payı bir qədər də artıb.

Banker.az bu barədə əldə etdiyi məlumata istinad edir.

Belə ki, məlumata əsasən Şirinova Yeganə Məmməd qızı 1 iyul 2019-cu il tarixdə  bankın əlavə 15 000 ədəd səhmini alıb (ümumilikdə 543 500 ədəd) nizamnamə kapitalında payı 38.9433%-dən 40.0486 %-ə qədər artıb.

Bununla da xanım Y.Şirinovanın nizamnamə kapitalında ümumilikdə payı vəsaitlə ifadədə 26 mln. manata çatması deməkdir.

Xatırladaq ki, 1999-cu ildə yaradılan “Günay Bank”ın nizamnamə kapitalı 64,91 mln. manatdır.

Səhmlərin digər əsas səhmdarı Məmmədov Mahmud Nadir oğludur. 707 400 ədəd adlı, sənədsiz adi səhm olmaqla, nizamnamə kapitalında payı 52.1259% təşkil edir.

Son xəbərlər
Digər xəbərlər