23 C
Baku
Sunday, September 29, 2024

Saatınızdan kredit kartı kimi istifadə edin!

LAKS Watch2Pay sistemi təmassız ödənişləri həyata keçirməyin ən yeni rahatlıq səviyyəsini təqdim edir. Bu yenilik özündə əslində kredit kartı olan bir saatı əks etdirir.

1

Bu sistem bütün tələblərə cavab verməklə yanaşı, daha çox praktiklik təklif edir. Avstriya saat şirkəti olan LAKS tərəfindən yaradılan saatda olan bu innovasiyalı hibrid kredit kartı sistemi yalnız saatınızdan istifadə etməklə MasterCard ilə təmassız ödənişlər etmək imkanı verir.

4

Şirkətin iddia etdiyinə görə, saat pulların qorunması üçün daha etibarlı vasitədir. Bu isə o deməkdir ki, o daim əlinizin altında olacaq. Bu həmçinin onu itirmək şanslarınızı da minimuma endirir. Eyni zamanda LAKS watch2pay yüksək keyfiyyətli materialdan hazırlanmış, çoxlu sayda dəbli saat korpusu da təqdim edir. Saat bir bank kartının sahib olduğu bütün xüsusiyyətlərə sahibdir. Ani olaraq pula ehtiyacınız yaranarsa, saat mikrokreditləri əlçatan edir.

 

Son xəbərlər
Digər xəbərlər