Pakistan Milli Bankının Bakı Filialı 2019-cu ilin yanvar-iyun aylarını 252 min manat zərər ilə başa vurub. Ötən ilin müvafiq dövründə isə bu bank 31 min manat mənfəət əldə edib.
Banker.az bu barədə Pakistan Milli Bankının Bakı Filialının rüblük hesabatına istinad edir.
2019-cu ilin yanvar-iyun aylarında Pakistan Milli Bankının Bakı Filialı cəmi faiz gəlirləri 55% və ya 2,2 dəfə azalaraq 197 min manat olub.
Pakistan Milli Bankının Bakı Filialının zərər etməsinin səbəbi 11 min manatın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatın yaradılmasına ayrılmasıdır.
Bu ilin yanvar-iyun aylarında bankın cəmi aktivləri 10,294 mln manat təşkil edib ki, bu da ötən ilin analoji dövrüylə müqayisədə 4% azalma deməkdir. Pakistan Milli Bankının Bakı Filialının müştərilərə verdiyi kredit 1,087 mln manat təşkil edib. 2018-ci ilin eyni dövrülə müqayisədə Bankın kredit portfeli 31,5% azalıb.
Bankın cəmi öhdəlikləri 2019-cu ilin ilk 6 ayında 407 min manat, cəmi kapitalı isə 9,887 mln manat təşkil edib.