Prezident İlham Əliyev Azərbaycan Respublikası Əmək Məcəlləsinin 221-ci maddəsinin 2-ci hissəsinin ikinci, üçüncü və dördüncü abzasları ləğv edilməsinə dair qanunu təsdiqləyib.
Maddə 221. Əməyin mühafizəsi fondu
- Dövlət və müəssisələr səviyyəsində əməyin mühafizəsifondu yaradıla bilər. Dövlət Əməyin Mühafizəsi Fondu müvafiq icra hakimiyyəti tərəfindən təsis edilir.
- Dövlət Əməyin Mühafizəsi Fondu:
- dövlət büdcəsindən ayırmalar;
- müəssisələrin mənfəətindən ayırmalar;
- əməyin mühafizəsi normalarını və qaydalarını pozan inzibati qaydada cəzalanmış vəzifəli şəxslərin ödədikləri cərimələrin qanunvericiliklə müəyyən edilmiş hissəsi;
- müəssisələrin, vətəndaşların könüllü ödəmələri və başqa ödəmələr hesabına təşkil edilir.
- Müəssisə üzrə fond işəgötürən tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik tədbirlərinə ayırdığı vəsaitin hesabına yaradılır.
- Dövlət Əməyin Mühafizəsi Fondunun idarə olunması və onun vəsaitlərindən istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamədə nəzərdə tutulan qaydada həyata keçirilir.
- Müəssisədə əməyin mühafizəsi fondunun vəsaiti yalnız işçilərin əmək şəraitinin və təhlükəsizliyinin normativ tələblərə çatdırılması və ya müəssisədə mövcud olan əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi tədbirlərində istifadə edilə bilər.
|