ABŞ prezidenti Donald Tramp Konqresin üç qətnaməsinə veto qoyub. Ağ evin mətbuat xidmətindən verilən məlumata görə, qətnamələr ərəb ölkələrinə silah satışının qadağan edilməsini nəzərdə tutub.
Banker.az xəbər verir ki, Prezidentin sözlərinə görə, bu sənədlər “ABŞ-ın qlobal rəqabət qabiliyyətini zəiflədir” və Vaşinqtonun tərəfdaşlıq münasibətlərinə zərər verir.
Xatırladaq ki, ABŞ-ın qanunvericiliyinə görə, amerikan silahının ixracı yalnız qanunvericilərin icazəsi ilə həyata keçirilməlidir.
ABŞ-ın dövlət katibi Michael Pompeo İordaniya, BƏƏ və Səudiyyə Ərəbistanına silah ixracına dair 22 müqaviləni təşviq etmək üçün bu qaydalardan keçməyə cəhd göstərib.
Müqavilələrin ümumi dəyəri 8,1 milyard dollar təşkil edib. Bu tədbirlərin əsas məqsədi ərəb ölkələrini İrana qarşı silahlandırmaq olub.
Buna cavab olaraq Konqres ərəb ölkələrinə silah satışını qadağan edən 22 qətnamə qəbul edib, Tramp isə bu qətnamələrə veto qoyub.






