23 C
Baku
Sunday, September 29, 2024

İnternetin yaranması ilə nələri itirdik?!

Britaniyanın Daily Telegraph nəşri internetin yaranması ilə bağlı gündəlik həyatımızda itirdiyimiz, tərgitdiyimiz vərdişlərin və s.nin siyahısını təqdim edir. Buyurun nəzərdən keçirin və nəticəni özünüz çıxarın. 

Nəzakətli şəkildə mübahisə etmək:
İnternet istifadəçilərinin anonimliyi belə məlum olur ki, heç də yaxşı deyilmiş. Anonimlik sayəsində forumlarda, çatlarda və yaxud şərhlərdə istifadəçilər digərlərini asanlıqla təhqir edir, nəzakətsiz ifadələrlə hədələyir.  Bu zaman sağlam mübahisədən söz belə gedə bilməz.

Punktuallıq:
Görüşə tam vaxtında gəlmək? Nəyə görə, axı gecikdiyinizi bildirmək üçün bir mesaj yazmaq kifayətdir…

Məlumat bürosu:
Hər hansı bir idarə ilə necə əlaqə saxlayacağınızı və yaxud ünvanını bilmirsiniz? Məşhur axtarış saytları və naviqatorlar artıq bu işi sizin yerinizə görür.

Saat:
Hazırda insanların əksəriyyəti saatı sadəcə geyiminə uyğun aksessuar kimi istifadə edir. Saat rolunu isə hazırda mobil telefonlar və kompüterlər oynayır.

Musiqi mağazaları:
Əvvəllər şəhərin bir çox yerlərində musiqi mağazalarını görmək mümkün idi. İndi isə bunu nadir hallarda rast gələ bilərsiniz. Səbəbi isə məlumdur. Artıq hər kəs dilədiyi mahnını elə həmin an internetdən pulsuz yükləyə bilər.

Kağız məktublar:
Kağız məktublar da yavaş-yavaş öz yerini elektron məktublara verməkdədir.

Yaxşı yaddaş:

Mütəmadi olaraq internetdən istifadə edən insanların yaddaşla bağlı problemlərinin olduğu artıq bir çoxlarına tanış haldır.

Asudə vaxt:
Artıq heç kimin işlərdən uzaq asudə vaxtı yoxdur. İnsanlar bütün boş zamanlarını internetlə doldurmağa adət etmişlər.

Əcnəbi dillər:
Artıq əcnəbi dildə yazılmış mətn heç kimi qorxutmur. Online tərcümə proqramları daim belə insanların köməyinə gəlir.

Şəxsi həyatın məxfiliyi:
Sosial şəbəkə istifadəçiləri öz səhifələrində özləri haqqında təhlükəsizlik orqanlarının verə biləcəyi məlumatdan daha artıq məlumatı əks etdirirlər.

Diqqət:
Yəqin ki, sizdə bir mətni əvvəldən axıra qədər yazıb qurtarana qədər bir – iki dəfə öz e-mailinizi və sosial şəbəkədəki hesabınızı yoxlamısınız.

Təbii ki, bu siyahıya yuxarıda qeyd edilənlərdən əlavə bir sıra cəhətləri də qeyd etmək mümkün olardı.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.