Yaponiya 6852 adadan ibarət yapon arxipelaqında yerləşir. Ölkənin ən hündür zirvəsi Fudzi vulkanıdır. Burada əhalinin sayı isə 127 milyon nəfərdir və dünyanın ən böyük ölkələri sırasında 10-cu yerdədir.
Yaponiyada Müqəddəs Valentin günündə hədiyyələri əsasən qızlar oğlanlara təqdim edir. Bundan əvvəl qadınlar kişilərdən öncə öz hislərini bildirməyə də çəkinmirlər.
Ölkədə tərəvəzin qiyməti baha, ətin və balığın qiyməti isə ucuzdur. Burada 1 almaya bir neçə, banans görə isə 5 dollar ödəməlisiniz. Yaponiyada ən bahalı tərəvəz isə balqabaqdır və qiyməti təqribən 200 dollara bərabərdir.
Yapon heroqliflərinin əksəriyyəti 2-4 hecadan ibarət olur, lakin bəzi istisnalar da var. Məslən, 砉 heroqlifi “xanetokavatoqaxanareruoto” kimi oxunur və 13 hecadan ibarətdir.
Bu ölkədə verilən sözə, anda böyük dəyər verilir. Bu tək gündəlik həyata deyil, siyasətə də şamil edilir. Baş nazir Yukio Xatoyama seçkidən əvvəl verdiyi vədləri yerinə yetirə bilmədiyi üçün istefa vermişdir. Onun iki sələfləri də onun kimi etmişdilər.
Yaponiyada toyların 30 faizi valideynlərin hesabına həyata keçirilir.
Yaponiyada siqaret çəkməyə kifayət qədər normal münasibət bəsləyirlər. Bu ölkədə istənilən yerdə qadağasız siqaret çəkmək mümkündür.
Tokio – dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Ölkənin təhlükəsizlik səviyyəsi o dərəcədə yüksəkdir ki, hətta azyaşlı uşaqlar belə qorxmadan ictimai nəqliyyat vasitələrindən istifadə edirlər.
Yaponlar səyahət etməyə bir o qədər də həvəsli deyillər. Hətta digər ölkələri təhlükəli hesab edirlər. Onlara görə isə ən təhlükəli ölkə ABŞ-dır.
Ölkədə zibil konteynerləri yoxdur. Belə ki, burada toplana zibil dörd növə bölünür: şüşə, təkrar emal, yandırılan və yandırılmayan. Hər bir növ müəyyən edilmiş ayrı bir gündə yığılır. Buna görə də, hansı gündə hansı tullantının atılacağına diqqət etmək lazımdır. Əgər bunu vaxtında etməyi çatdırmasanız cərimə olunacaqsız (təxminən 1000 dollar). Yeri gəlmişkən, ölkənin küçələrində də zibil qutularına rast gələ bilməzsiniz və burada yalnızca şüşə yığılması üçün qablar var.
Yaponiyada hər şeyi ilk kişi etməlidir. Məsələn, restoranda ilk olaraq kişi öz sifarişini verir və ofisiantda öz növbəsində içkini ilk olaraq kişiyə təqdim edir. Mağazada isə ilk olaraq kişiyə xidmət göstərilir.