Tacikistanın Milli Bankı “Tövhidbank” (keçmiş “Sahibkarbank”) səhmdar bankının islami bankçılıq fəaliyyəti barədə müraciətini araşdırır.
Report agentliyi xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı banka 3 ay ərzində cavab verilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Sahibkarbank” adı “Tövhidbank”a bu ilin iyun ayında səhmdarlarının qərarı ilə dəyişib. Maliyyə qurumu hələ 2017-ci ildə ölkənin ilk İslam bankına çevrilmək niyyətini bildirib.