10 C
Baku
Wednesday, December 11, 2024

Türkiyə öz banklarını “pis” borclardan qurtarmayacaq

Türkiyə banklara borc problemlərini müstəqil şəkildə həll etməyi təklif edir. Qeyd edək ki, problemli kreditlərin 400 milyard lirəsi (72 milyard dollar) yenidənqurmaya sərf edilib. Dövlət “pis” kreditlər üzrə itkiləri ödəmək niyyətində olmadığını bildirib.

Banker.az xəbər verir ki, bu haqda Türkiyənin maliyyə naziri Barak Albayrak məlumat verib.

“Müvəffəqiyyətin dərəcəsi onlardan asılıdır, – nazir qeyd edir. Bəziləri deyirlər ki, hökumət zərərləri ödəməlidir, bu baş verməyəcək. Bank sektoru asan yola əl atmalı deyil”.

Rəcəb Tayyib Ərdoğanın administrasiyası problemli kreditlərin sayının artmasına və sahə gəlirinin azalmasına baxmayaraq, kreditləşmənin həcmini artırmağı istəyir.

Türkiyə bankları valyuta müdafiəsi xəttini gücləndirirlər

tb

Özəl bankların xarici valyuta aktivləri rekord səviyyəyə çatır. Son bir ildə dövlət banklarında sabit valyuta aktivlərinin kəsiri 300 milyon dollara qədər azalıb.

 

 

Son xəbərlər
Digər xəbərlər