İkinci rübdə Səudiyyə Ərəbistanının büdcə kəsiri 8,9 milyard dollara çatmışdır.
Banker.az xəbər verir ki, bunun əsas səbəbi məmurların zəif iqtisadiyyatı canlandırmaq üçün xərcləri artırmaları olmuşdur.
Xatırladaq ki, ötən ildə ölkənin büdcə kəsiri 7,4 milyard dollar təşkil edib.
Ötən ilin ikinci rübü ilə müqayisədə xərclər 5% artmışdır. Bu, kapital və sosial təminat xərclərinin artması ilə əlaqədar olub. Neft sektorunun gəlirləri il ərzində 5%, qeyri-neft sektorunun gəlirləri isə 4% azalıb.
Əldə edilən məlumatlardan göründüyü kimi, məmurlar dünyanın ən böyük neft ixracatçısının iqtisadi artımını sürətləndirməyə çalışırlar. Bu il ÜDM-un 1,7% artması gözlənilir, Bloomberg xəbər verir.
İkinci rübdə ölkənin kapital xərcləri 61 milyard rial təşkil edib ki, bu da Maliyyə Nazirliyinin gözləntilərindən 27% çoxdur. Subsidiya xərcləri 71% artmışdır.
Eyni zamanda sosial təminat, tələbə təqaüdü və “Citizen Account Program” proqramına çəkilən xərclər artmışdır.
Neft gəlirlərinin azalması, “digər gəlirlərin” 37% azalması ilə bağlı olmuşdur. Əmtəə və xidmətlərə vergilərdən daxilolmalar 23% artmışdır.