9 C
Baku
Thursday, December 12, 2024

Müsahibədə ilk təəssürat haqqında 5 mif

“Daim gülümsəməlisən” 

Tədqiqatlar göstərir ki, insanlar sizinlə ilk dəfə tanış olduqları zaman ən yaxşı yadda saxladıqları şey sizin təbəssümünüzdür. Həmsöhbətinizə dostluq münasibətinizi bildirmək üçün gülümsəyin. Lakin müsahibə zamanı daim gülümsəsəniz, qarşı tərəfdə pis təəssürat yaratmış ola bilərsiniz. 

Daimi təbəssüm süni görünə bilər, sanki özünüzü olduğunuz kimi göstərmək istəmirsiniz. Mən çox müsahibə keçirmişəm və deyə bilərəm ki, daim gülümsəyən insanlar qıcıqlandırır. Əgər namizədin üz ifadəsi dəyişmirsə, bu süni görünür. 

“Əgər jestlərdən daha çox istifadə etsən, daha xarizmalı olacaqsınız”

Amy Cuddy “Varlıq” kitabında yazır ki, bədən dilindən aktiv istifadə digər insanlarda müsbət təəssürat yaradır. Onun fikrincə, jestlər bizə daha güclü, inamlı və nikbinli olmağa kömək edir. 

Lakin hər bir şeyin qədəri var. Əgər dayanmadan əllərinizi oynatsanız, qarşı tərəf sizin təkəbbürlü və hökmran olduğunuzu düşünə bilər. 

“Ən yaxşı kostyumumu geyinməlisən”

İnsanı geyimə görə qarşılayıb, ağlına görə yola salırlar. Bu, həqiqətən də elədir. Bir dəfə Edryu adlı bir gənc ilə müsahibəm olub. O, mənim şirkətimə kouç vəzifəsinə işə düzəlmək istəyirdi. Adətən mən namizədin geyiminə də diqqət edirəm. Endryu əynində cins şalvar və ağ futbolka var idi – o, aktyor idi. Əvvəlcə onun gündəlik geyimdə müsahibəyə gəldiyinə çox təəccüb etdim. Buna baxmayaraq, onun ünsiyyət qabiliyyəti, enerjisi və xarizması məni heyrətləndirdi. Mən onu işə götürdüm. 

“Söhbətə qatılmaq lazımdır”

Sizin haqqınızda ilk təəssürata təsir edən amillərdən biri də budur, lakin burada da həddi aşmaq olmaz. 

“Mənim sizin ofisdən xoşum gəlir” və ya “Şirkətinizdə xoş ab-hav avar” kimi ifadələr sizin ünsiyyət qabiliyyətinizi göstərir. “ Networking” üzrə tədbirlərdə daha sanballı fikirlər bildirə bilərsiniz: “Mənim sizin ayaqqabıdan xoşum gəlir” və ya “Sizinlə tanış olduğuma görə çox şad oldum”. 

Çalışın burada da diqqətli olasınız, söhbətə ümumi ifadələrdən başlayın. 

“Yalnız pozitiv yöndə danışmaq lazımdır”

 Əgər yalnız müsbət şeylər haqqında danışsanız, həmsöhbətiniz ciddi məsələlərə maraq göstərmədiyinizi başa düşə bilər. Məsələn, müsahibədə əmək haqqı, əməkdaşlar üçün əlavə təlim və bonuslar kimi mürəkkəb məsələləri detallı şəkildə müzakirə etmək lazımdır. Əgər sizi narahat edən hər hansısa məqam varsa, hər şeyi aydınlaşdırmalısınız. Beləliklə, işəgötürən sizin gözləntiləri başa düşmüş olacaq. 

Son xəbərlər
Digər xəbərlər