Azərbaycanda plastik borular və fitinqlər istehsalçısı olan “Met-AK” MMC digər kənd təsərrüfatı məhsulları istehsalçısı olan “Soyuzaqrokontrakt” MMC-yə qarşı borc iddiası qaldırıb.
Banker.az-ın xəbərinə görə, “Met-AK” MMC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh olan “Soyuzaqrokontrakt” MMC-dən əsas borc və dəbbə pulu ilə birlikdə ümumi olaraq 237.630 manat həcmində pul vəsaiti tutularaq “Met-AK” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh “Soyuzaqrokontrakt” MMC-nin hüquqi ünvanı (Abşeron rayonu, Xırdalan şəhəri, ev 1) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin dislokasiyasına aid olan Abşeron rayonu ərazisində yerləşir.
Buna görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “Metak”a Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməyi tövsiyə edib.