Vergilər Nazirliyində (VN) struktur vahidinə daxil olan bir çox departamentlər dəyişdirlərək baş idarəyə çevrilib. Bundan əlavə Aksizli mallarla iş şöbəsi ləğv edilib.
Banker.az bu barədə Nazirliyə istinadən xəbər verir.
Aşağıda göstərilən adı dəyişdirilən baş idarələr bundan öncə departament adlandırılırdı:
- Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsi
- Vergi siyasəti baş idarəsi
- Daxili təhlükəsizlik baş idarəsi
- Vergi auditi baş idarəsi
- İqtisadi təhlil və uçota nəzarət baş idarəsi
- Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi
- Dövlət qeydiyyatı baş idarəsi
- Hüquq baş idarəsi
- Vergi ödəyicilərinə xidmət baş idarəsi
- Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi
- Beynəlxalq əlaqələr baş idarəsi
- Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsi
- Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsi
- İnsan resursları baş idarəsi
- Maliyyə baş idarəsi
- Rəqəmsal vergi inzibatçılığı baş idarəsi
- Media və Kommunikasiya baş idarəsi