19 C
Baku
Sunday, September 29, 2024

Milyoner olmaq üçün diplom lazımdırmı?

“Diplomsuz milyoner” kitabının müəllifi Maykl Ellsverq bu suala lazımi şəkildə cavab tapmağa çalışmışdır. Yazıçı öz fikirlərini sahibkarlarla apardığı onlarla müsahibəyə əsasən səsləndirmişdir. Ellsberq onların təcrübəsinə əsaslanaraq oxucuları praktiki intellektlərini inkişaf etdirməyə çağırır. Praktiki özünü təhsil üçün ən ideal alət isə şəxsi biznesdir.

Uşaqlıqdan bizə yalnış bir fikri təlqin etmişlər. Bizə deyiblər: məktəbi yaxşı qiymətlərlə bitirmək, yaxşı universitetə qəbul olmaq və onu əla nəticələrlə bitirmək uğurlu həyatın zəmanətçisidir. Əgər müasir həyatda uğura nail olmaq istəyirsinizsə real həyatda faydalı ola biləcək vərdişləri öyrənməklə məşğul olmaq lazımdır.

Əlbəttə, universitetdə bir çox mükəmməl yeniliklər öyrənmək olar. Lakin onların heç birinin uğurlu karyera və maliyyə rifahı ilə əlaqəsi yoxdur. Sənaye sahəsinə aid olan insanların əksəriyyəti öz fəaliyyətlərini 6-22 yaş arasında başlayırlar.

PayPal ödəniş xidmətinin yaradıcılarından biri olan Piter Til belə hesab edir: “Bir çox insanlar daşınmaz əmlak alarkən ciddi səhvlərə yol veriblər: onlar ipoteka xərcləri ilə kirayə xərclərini müqayisə edərək ipoteka barədə qərar qəbul edirlər. Lakin daşınmaz əmlak kirayə edərkən hər zaman geniş seçim imkanları qalsa da, alış zamanı bu imkanlar daralır. Bu səbəbdən də, daşınmaz əmlak almaq onu kirayə etməkdən ucuz başa gəlməlidir. Bu da könüllü olaraq imtina etdiyiniz imkanları kompensasiya etməlidir.

Təhsilə yatırım ən gəlirli və geniş prestijli yatırımlardandır. Bu səbəbdən də ixtisas seçərkən onun gələcək nəticələrini də düşünmək lazımdır. Bu sizə gəlir qazandıracaqmı? Bir nümunə götürək. Məsələn bu günkü gündə tibb işçisi və mühəndislik peşələrini lazımsız peşələrə aid edə bilmərik.
Hətta ən nadir hallarda belə, kollecdə təhsil investisiyalarını bir şərtlə  gəlirli investisiya hesab etmək olar ki, ixtisasınızın ardıyca sonacan gedəcəksiniz və ömrü boyu bu peşə ilə məşğul olacaqsınız. Lakin bu halda hələ həyatın başlanğıcından, gənc yaşınızdan öz gələcək imkanlarınızı, perspektivlərinizi məhdudlaşdırmış olursunuz. Əgər hüquqşünas, həkim, professor olmaq istəyirsinizsə ali təhsil mütləqdir. Sahibkar olmaq üçün isə elə də vacib deyil.

Lakin mənim sözlərimdən qətiyyən elə başa düşülməli deyil ki, gənclər heç bir halda təhsil almamalıdırlar.  Və heç də hər kəsin sahibkarlıqla məşğul olmalı olduğunu düşünmürəm. Lakin mənə görə təhsilə ayrılan xərcləri nəzərə alıb ilk başdan doğru addımı atmaq lazımdır. Mən öz təcrübəmə əsaslandığımdan nə dediklərimi yaxşı başa düşürəm. Məsələn, böyük uğurlara sahib olmuş insanların demək olar ki, hamısı effektiv komanda yaratmağı, insanlarla işləməyi yaxşı bilir. Məhz bunu da heş bir universitet və kollecdə öyrətmirlər”.

Son xəbərlər
Digər xəbərlər