-1 C
Baku
Sunday, December 15, 2024

Ağ ev yerli şirkətlərə “Huawei” ilə əməkdaşlıq etməyə icazə vermək istəmir

Ağ evin rəhbərliyi, amerikan şirkətlərinə “Huawei Technologies” şirkətinin avadanlığı ilə işləməyə icazə vermək istəmir. Bloomberg-in verdiyi məlumata görə, bunun əsas səbəbi Pekinin Amerikadan kənd təsərrüfatı məhsullarını almağı dayandırması olub.

Banker.az xəbər verir ki, iyun ayında qəbul edilmiş qərara əsasən, amerikan şirkətləri Ağ evin buna icazəsi olmadan “Huawei” ilə əməkdaşlıq etmələrinə qadağa qoyulmuşdu. Son həftə ərzində Ağ ev Çini maliyyə manipulyasiyalarında günahlandırıb. Prezident Donald Tramp isə sentyabrın 1-dən Çindən idxal olunan bütün mallara qarşı 10%-lik gömrük rüsumunu tətbiq edəcəyinə söz verib.

Bloomberg qeyd edir ki “Intel”, “Qualcomm” və “Broadcom” şirkətləri də “Huawei” ilə əməkdaşlığın bərpa edilməsində maraqlıdır.

Bu ilin may ayında ABŞ Ticarət Nazirliyi “Huawei” şirkətini qara siyahıya daxil edib, çünki onun fəaliyyəti “ABŞ-ın milli təhlükəsizliyinin maraqlarına ziddir”. Nəticədə, yeri şirkətlər yüksək texnoloji malları ala bilmir. 

 

Son xəbərlər
Digər xəbərlər