7 C
Baku
Sunday, December 15, 2024

“Standard Chartered” Bankı aktivlərini $100 mlrd. qədər artırmağı planlayır

“Standard Chartered Bank” növbəti üç-beş ildə private banking seqmentindəki aktivlərini 100 milyard dollara qədər artırmağı planlayır.

Banker.az bu haqda Reuters-ə istinadən xəbər verir.

Növbəti iki-üç il ərzində bank hər il bu seqmentə 30-40 mütəxəssis cəlb edəcək. İşə qəbul prosesinin əsas hissəsi Hong Kong və Sinqapurda baş tutacaq. Bu haqda müştəri xidmətləri və rifah aktivlərinin idarə edilməsi şöbəsinin rəhbəri məlumat verib.

Hazırda “Standard Chartered” in private banking seqmentindəki aktivləri 65 milyard dollar təşkil edir.

“Biz bu rəqəmi 100 milyard dollara çatdırmağı planlayırıq və bunun üzərində çalışırıq. Aktivləri artıraraq bank sektorunda əhəmiyyətli oyunçuya çevrilmiş olacağıq. Bunda əlavə, şirkətə inam artacaq, istedadlı insanlar cəlb olunacaq”.

Mütəxəssisin fikrincə, yaxın gələcəkdə qlobal iqtisadiyyatla bağlı narahatlıqlar, eləcə də Asiya maliyyə mərkəzini ağır böhrana çevirən Hong-Kongdakı etirazlar müştəriləri “daha diqqətli” olmağa məcbur edəcəkdir.  

 

 

Son xəbərlər
Digər xəbərlər