13 C
Baku
Sunday, September 29, 2024

“Qızıl dərili” müdrikliyi

Yaxşı insan baş vermiş hadisələrdəki müsbət əlamətləri görə bilir.

Özünü eşitmək üçün susqun gün lazımdır.

At öldüsə, düş üstündən!

Susan insan çox danışan insandan iki qat çox məlumata sahibdir.

Pis insan olmağın yolları çoxdur

Digər insanları mühakimə etməmişdən öncə öz geridə qoyduğun izlərə bax.

Vətən – sənə xoş olan yerdir.

Deyəcəyin layiqli sözün varsa, özünü biruzə ver.

Düşmən heç də həmişə düşmən, dost isə həmişə dost olmur.

Dünyada hər bir şeyin öz nəğməsi var.

Övlad – sənin evində olan bir qonaqdır: doyur, öyrət və azad burax.

Hətta ölü balıq belə axın istiqamətində üzə bilər.

Gözlərdə yaş olmasa, ruh göy qurşağına sahib olmayacaq.

Ölüm yoxdur. Yalnız dünyalar arasında keçid mövcuddur.

Uşaqlar yemək yeyərkən onlarla danış. Bu zaman onlara dediyin söz getdiyin zaman da onlarla qalacaq.

Qəzəblənmiş ilanın hücuma hazırlaşdığını gördükdə birinci sən zərbə endir.

İnsan öz hədəflərini özü təyin etməlidir.

Ağ dərili insanın həddindən artıq çox müdiri var.

Dünyada mövcud olan hər bir şey bir missiyaya, amala sahibdir.

Qurbağa yaşadığı gölə heç vaxt tüpürmür.

Mənə de – mən yaddan çıxaracam, mənə göstər – mən yadda saxlaya bilməyəcəm, məni də işə cəlb et – mən yadda saxlayacam.

Son xəbərlər
Digər xəbərlər