3 C
Baku
Saturday, December 14, 2024

Putinin kortejindəki avtomobilin qiyməti kəskin ucuzlaşıb

Rusiyanın brend avtomobil istehsalçısı “Aurus” tezliklə iki yeni modelin satışına başlayacaq.

REN TV xəbər verir ki, bunlar “Senat S 600” sedan və “Senat L 700” limuzindir.

Amma satışa çıxarılacaq avtomobillərin qiyməti əvvəl açıqlanmış məbləğdən xeyli aşağı olacaq.

Belə ki, daha əvvəl sözügedən maşınların satışı 18 milyon rubl (təqribən 480 644 manat – red.) nəzərdə tutulmuşdusa, real qiymət 8 milyon rubl olacaq.

Bu, zirehsiz halda nəzərdə tutulmuş qiymətlərdir.

“Moskva-City” ticarət mərkəzində baş tutacaq təqdimat mərasimi avqustun 23-də olacaq.

Qeyd edək ki, “Aurus” yüksək sinifli avtomobillərdir. Buraya “Senat-limuzin”, “Senat” sedan, “Arsenal” miniven və ad verilməyən kabriolet daxildir.

Xatırladaq ki, 2018-ci il mayın 7-də Rusiya Prezidenti Vladimir Putin andiçmə mərasiminə “Aurus Senat” limuzinində gəlmişdi.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər