10 C
Baku
Thursday, December 12, 2024

SOCAR-la “Petrofac”ın birgə müəssisəsi “Abşeron” yatağında texniki xidmət göstərəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Petrofac” şirkəti ilə yaratdığı birgə müəssisə Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının işlənməsi çərçivəsində mühəndislik və texniki xidmət müqaviləsi imzalayıb.

Report agentliyi xəbər verir ki, bu barədə “Petrofac” məlumat yayıb.

“SOCAR-a birgə müəssisə “Total” və SOCAR-ın kəşfiyyat və hasilat əməliyyatlarını dəstəkləmək üçün mühəndislik və texniki xidmət müqaviləsi imzalayıb”, – qeyd edilib.

Müqavilə uzadılması mümkün olmaqla 12 ay müddətini əhatə edir.

“Petrofac EPS East”şirkətinin icraçı direktoru Mani Rajapathi Azərbaycanda təqdim etdikləri xidmətlərin genişləndirilməsindən məmnun olduqlarını bildirib: “Biz “Total” və SOCAR-ın əməliyyatlarını dəstəkləmək üçün mühəndislik və geniş texniki xidmətlər göstərməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, 2017-ci il dekabrın 5-də SOCAR və “Petrofac” şirkəti ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə birgə müəssisənin yaradılmasına dair təsis müqaviləsi imzalayıb.

Müqaviləyə əsasən, SOCAR-ın səhm payı 51%, “Petrofac”ın payı 49% müəyyən edilib.

“Abşeron” qaz-kondensat yatağı Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər