10 C
Baku
Thursday, December 12, 2024

Çin Mərkəzi Bankı milli valyutanın məzənnəsini 11 ildən sonra ilk dəfə minimum qiymətə endirdi

Çin Mərkəzi Bankı milli valyutanın məzənnəsini bir daha endirdi

Çin Xalq Bankı (Mərkəzi Bank) çərşənbə axşamı günü milli valyutanın məzənnəsini 7,0454 yuana qədər endirib. Tənzimləyicinin statistikasından göründüyü kimi, bu, 2008-ci il 24 mart tarixindən bəri minimum qiymətdir.

Banker.az xəbər verir ki, avqustun 1-dən keçən həftənin ortalarına qədər yuan məzənnəsi davamlı şəkildə düşməyə davam edib.

Avqustun 5-də ABŞ-ın Maliyyə Nazirliyi Çini valyuta manipulyasiyalarında günahlandıraraq, Pekini bu məsələdə şəffaf olmağa çağırıb. Çin Mərkəzi Bankının verdiyi məlumata görə, bu, qlobal iqtisadiyyatına və dünya maliyyə sisteminə mənfi təsir göstərəcəkdir.

2015-ci ilin nəticələrinə görə yuan 6%, 2916-cı ildə isə daha 6,7% ucuzlaşıb. 2017-ci ildə yuan 6,2% qədər möhkəmlənib, 2018-ci ildə isə bir daha 5,1% düşüb.

 

 

Son xəbərlər
Digər xəbərlər