Almaniya iqtisadiyyatını tənəzzül gözləyir – Deutsche Bank
Yaxın aylarda Almaniya iqtisadiyyatı tənəzzüllə üzləşə bilər, bu haqda Associated Press məlumat verir.
“Biz Almaniya iqtisadiyyatının texniki tənəzzülə uğramasını gözləyirik”, – “Deutsche Bank”-ın bəyanatında qeyd edilir.
“Deutsche Bank” Almaniyada istehsalın 0,25% düşməsini proqnozlaşdırır.
Almaniyada aprel-iyun aylarında sənaye istehsalında 0,1% azalma müşahidə edilib.