9 C
Baku
Thursday, December 12, 2024

Bu qurum da büdcədən maliyyələşəcək – QƏRAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında qərara dəyişiklik edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Büdcədən maliyyələşdirilən qurumlar” hissəsinə əlavə edilib.

Qeyd edək ki, Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi bu ilin yanvarında yaradılıb.

 

Son xəbərlər
Digər xəbərlər