Mərkəzi Bankın son göstəricilərinə əsasən hazırda banklarda cəmi öhtəliklər 17450,65 milyon manat təşkil edir.
Ötən ayın eyni dövrü ilə müqayisədə 346 mln manat artmasına baxmayaraq, ötən ilin eyni dövrü ilə müqayisədə artım daha çox olub. Belə ki, ötən il ilə müqayisədə öhtəliklər 3 365 mln manat yəni 24% artım olmuşdur.
Son 2 ildə isə yəni 2011 -2013 cü illər ərzində cəmi öhdəliklər 5 166 mln manat və ya 44% artıb.