1 may 2014-cü il tarixindən etibarən artıq Tacikistanda da “Xəzri” sistemi vasitəsilə pul köçürmələri həyata keçirmək mümkündür. Kapital Bankın Tacikistandakı tərəfdaşı «МАТИН» mikrokredit və depozit təşkilatıdır. Azərbaycanla Tacikistan arasında “Xəzri” sistemi vasitəsilə pul köçürmələri üzrə komisyon haqq 1 %-dir.
Xatırladaq ki, “Xəzri” sistemi hazırda Tacikistandan başqa, Rusiya, Ukrayna və Gürcüstanda da tətbiq olunur.