MBA məzunlarının iş tapmaq problemi yoxdur. Buna baxmayaraq, elit biznes məktəblərində təhsil alan abituriyentlərin sayı sürətlə azalır.
Banker.az xəbər verir ki, 2018-ci ilin nəticələrinə görə, 2017-ci il ilə müqayisədə “Stephen Ross Business School” biznes məktəbində abituriyent axını 8,5% azalıb. “University of Chicago Booth School of Business” məktəbində təhsil alan tələbələrin sayı 7,5%, “Haas School of Business” – 7,5%, “Wharton School of the University of Pennsylvania” – 7,6%, “Stanford Universit” – 4,6%, “Harvard University” – 4,5% azalmışdır.
“MBA bazarı çox çətin vəziyyətdədir, – deyə The Simon Business School məktəbinin dekanı olan Andrew Ainsley bildirir. – Bu göstəriciləri qoruya bilsək, bu inanılmaz bir uğur olar”.
Professorlar MBA-ya marağın azalmasını bir neçə amilin birləşməsi ilə izah edirlər. Bunlara iş yerlərində sabitliyi təmin edən nisbətən güclü Amerika iqtisadiyyatı, xarici tələbələr üçün iş vizaları ilə bağlı qeyri-müəyyənlik aiddir. Təhsil haqqının da artması mühüm rol oynayır.