İngiltərə bazarı bir çox özünəməxsus xüsusiyyətlərə malikdir. Əgər siz də Böyük Britaniyada karyera qurmağı düşünürsünüzsə, onları bilməyiniz olduqca vacibdir.
Viza
Britaniyada işləmək istəyirsinizsə, Tier 2 (General) iş icazəsini almağınız lazımdır. Onu əldə etmək üçün potensial işəgötürənin xaricilərin işləməsinə icazə verən lisenziyası (sponsorluq lisenziyası) olmalıdır. İxtisasınızdan asılı olaraq əmək haqqının səviyyəsi ildə £30 000 və daha çox ola bilər. Müqayisə üçün, İngiltərə məzunları üçün Tier 4 (General) tələbə vizasından Tier 2 (General) vizasına keçid edərkən, əmək haqqının səviyyəsi əhəmiyyətli dərəcədə aşağı olur (ildə orta hesabla £19 500).
Təhsil vizası sizə əlavə olaraq işləmək və təcrübə keçmək imkanını qazandırır. Əgər Tier 4 (General) vizasını alsanız, həftədə 20 saat işləmək imkanınız olacaq.
Gənc mütəxəssislər üçün müvəqqəti iş vizası – Tier 5 (GAE) var. Bu viza universitet məzunları və təcrübə təklifi alan tələbələr üçün nəzərə tutulmuşdu. Yəni, İngiltərədə oxumusunuzsa və iş tapa bilmirsinizsə, geri qayıtmaq şansınız var. Belə vizanın üstünlüyü xarici vətəndaşları işə götürmək icazəsinə ehtiyacın olmamasıdır.
Əlavə bonus: evlisinizsə və təhsil almaq və ya işləmək üçün İngiltərəyə getməyi planlaşdırırsınızsa, həyat yoldaşınız “dependant” statuslu vizanı almaq və gəldikdən dərhal sonra heç bir məhdudiyyət olmadan iş axtarışına başlaya bilər.
Və ən əsası: unutmayın ki, Böyük Britaniyada turist vizası ilə gəlib “yerində iş axtarmaq” qanuna ziddir. Siz deportasiya edilə bilərsiniz.
Böyük Britaniyanın miqrasiya siyasəti 2018/2019
Böyük Britaniyanın Avropa Birliyindən çıxması, MDB ölkələrindən müraciət edənlərə bir çox üstünlük vəd edir. 2018-ci ilin dekabrında ölkə immiqrasiyaya ilə bağlı yeni yanaşma tətbiq etməyə başladı: Aİ vətəndaşları da iş vizasını almalı olacaqlar
Eyni zamanda, Resident Labour Market Test ləğv ediləcək və prosedur bir qədər asanlaşdırılacaq. Təhsil və ixtisas səviyyəsinə qarşı irəli sürülən tələblər də aşağı salınacaq. Bakalavr və magistratura məzunlarının iş axtarmaları üçün altı ay, PhD məzunlarının iş axtarmaları üçün isə bir il vaxt veriləcək. Nəhayət, tələbat yüksək olan peşələrin siyahısına yenidən baxılacaq (çox güman ki, genişlənmə istiqamətində).
Artıq bu il, Russel Group assosiasiyasının universitetlərinin məzunların iş tapmaq üçün ölkə ərazisində altı ay ərzində yaşamaq imkanını alırlar.
İş: kim daha şanslıdır?
Britaniya və İrlandiyada İT mütəxəssisləri çatışmazlığı yaşanır, buna görə sonuncular üçün Tier 2 (General) iş vizasını almaq daha əlverişlidir. Böyük şirkətdə işləmək üçün ingilis dilini mükəmməl bilmək tələb edilmir – texniki bacarıq və təcrübə daha vacibdir. İT-memarlıq, 2D və 3D animasiya, video oyunlar və təhlükəsizlik sistemlərinin tərtibatı kimi sahələrdə mütəxəssislərə ehtiyac duyulur.
Son zamanlarda rəqəmsal marketinq və sosial şəbəkələrdə təqdimatla əlaqəli bacarıqlara tələbat artır. Böyük Britaniya və ya beynəlxalq bazarlarda tanınan şirkətlərdə işləyən mütəxəssislərin şansları daha çoxdur. Konsaltinq, HR və layihə menecmenti sahəsində mütəxəssislərə də həmçinin tələb var.
Çoxları elə düşünür ki, iş vizasını yalnız böyük şirkətlər verə bilərlər. Bu belə deyil. İşçilərinin sayı 10-300 arası olan şirkətlər də sizə iş vizasını verə bilərlər. Birinci, belə firmalarda rəqabət daha aşağı olur, ikincisi, onlar sizin unikal bilik və bacarıqlarınızı daha obyektiv qiymətləndirirlər.
Yenə oxumaq?
Təhsil (magistratura və aspirantura) – Böyük Britaniyada karyera qurmağın ən sadə yoludur. Bu seçim sizə nə fayda verir?
Birinci və ən əsas – təhsili başa vurduqdan sonra Tier 4 tələbə vizasından Tier 2 iş vizasına keçid etmək imkanı.
Əgər siz London və ya Mançester kimi şəhərlərdə təhsil alırsınızsa, networking-tədbirlərə, karyera sərgilərinə və tematik mühazirələrə getmək imkanını əldə etmiş olursunuz.
Nəhayət, şirkətlər tələbələrə özləri haqda məlumat vermək üçün universitetlərə müntəzəm olaraq nümayəndələrini göndərirlər.
Ən yaxşısını götürün və qənaət edin
Əgər təhsil xərcinizi azaltmaq istəyirsinizsə, bir sıra qrant və təqaüd proqramlarından istifadə edə bilərsiniz. Onlar universitetlər və həmçinin fondlar tərəfindən verilir.
Demək olar ki, bütün universitetlər xaricilərə endirim edirlər. Siz universitetdən təhsil haqqının 20-30% və hətta 100% ödəyəcək qrant ala bilərsiniz.
Çox vaxt təqaüd və qrantlar etnik azlıqlara və ya məşhur olmayan ixtisasda təhsil almaq istəyən tələbələrə verilir.
Lakin maliyyələşdirmə üçün daha geniş imkanlar vardır. Məsələn, tələbənin bütün ehtiyaclarının ödənilməsini nəzərə tutmuş Chevening mükafatı. Unutmayın ki, proqram bitəndən sonra minimum 2 illik müddətə ölkənizə qayıtmağınız lazım olacaq.
Britaniya dar ixtisasa qiymət verir, buna görə MBA proqramını seçməyin. Magistraturaya girməyi planlaşdırırsınızsa, işləmək istədiyiniz və ya artıq təcrübəniz olan sahə ilə əlaqəli olan proqram seçməyiniz məqsədəuyğun olar.
Özünüzü satmağı bacarın
İngilis işəgötürənləri inadkar insanları, mükəmməl CV və nəzərəçarpan motivasiya məktublarını sevirlər. CV-də daha çox təcrübə və bacarıqlara vurğu edin, lakin iştirak etdiyiniz xeyriyyə layihələrinin adını, istirahət zamanı nə ilə məşğul olmağı sevdiyinizi və hansı musiqi alətlərində çalmağı bacardığınızı qeyd etməyi unutmayın.
Sosial şəbəkələrdəki hesabınızda təmizlik işlərini aparın, dialoq qurun və özünüz haqqında danışın.
Unutmayın ki, hər şey sizin öz əlinizdədir. Karyera qurmaq istəyirsinizsə, çox çalışmalısınız. Dəqiq strategiya və dissiplinin köməyi ilə siz həm Böyük Britaniya, həm də istənilən digər hər hansısa ölkədə karyeranızı qura bilərsiniz.