“Samsung” şirkəti qatlanan smartfonu üçün ilkin sifarişləri qəbul etməyə başlayıb

Cənubi Koreyanın “Samsung” şirkəti ilk qatlanan smartfonu olan “Galaxy Fold”a ilkin sifarişləri qəbul etməyə başlayıb.

Xarici KİV-ə istinadən xəbər verilir ki, “Samsung”un vətənində smarfonların satışına 18-20 sentyabr tarixləri arasında start veriləcək.

Cihazın qiyməti anons olunandan bu yana dəyişməyərək 1 980 ABŞ dolları qalıb.

Xatırladaq ki, “Galaxy Fold” hələ bu ilin əvvəlində anons edilib. Lakin satışların başlanmasına bir neçə gün qalmış ekranla bağlı problemlərdən dolayı şirkət satışların startını təxirə saldı.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər