6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan iş adamları 2016-2018-ci illərdə Qazaxıstanın qərb regionlarına $70 mln. sərmayə yatırıb

Azərbaycan iş adamları 2016-2018-ci illərdə Qazaxıstanın qərb regionlarına $70 mln.-dan çox sərmayə yatırıb. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

«2018-ci ilin yekunları üzrə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi $258,3 mln. təşkil edib. Azərbaycan son 3 il ərzində Qazaxıstanın qərb regionlarına $70 mln.-dan çox sərmayə yatırıb”, – deyə XİN-in rəsmi Facebook səhifəsində dərc olunmuş məlumatda bildirilir.

Qeyd olunur ki, Bakı və Nur-Sultan ikitərəfli ticari-iqtisadi əlaqələrin əsasını təşkil edən nəqliyyat-logistika sahəsini genişləndirir və inkişaf etdirir.

“Hazırda Qazaxıstanda Azərbaycan kapitalı ilə 524 hüquqi şəxs qeydiyyatdan keçib, onlardan 221-i birgə müəssisədir”, – deyə məlumatda bildirilir.

XİN bildirir ki, Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiya ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına öz töhfəsini verir.

“Komissiyanın tövsiyələri ikitərəfli əməkdaşlığa dair məsələlərin geniş spektrini əhatə edir. Bu məsələlər energetika, tranzit və nəqliyyat sistemləri, kənd təsərrüfatı, təhsil və turizm sahələrində ticarət-iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də qarşılıqlı ticarət dövriyyəsinin artırılması ilə bağlıdır”, – deyə məlumatda vurğulanır.

İnterfax Azərbaycan

Son xəbərlər
Digər xəbərlər