Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salman, 2030-cu ilə qədər turizm ölkənin ÜDM-nin 10% -ni təmin edəcəyinə ümid edir.
Banker.az xəbər verir ki, bu haqda CNBC məlumat verib.
Gələn ay Səudiyyə Ərəbistanı xarici qonaqları cəlb edəcək yeni turist vizası tətbiq edəcək.
Qeyd etmək lazımdır ki, ərəblər xaricdə hər il təxminən 26 milyard dollara qədər vəsait xərcləyirlər. Şahzadə bu pulu yenidən ölkəyə cəlb etməyi planlaşdırır.
Six Flags – Ər-Riyad şəhərindən 40 km məsafədə inşa edilən “əyləncə super şəhəri” layihəsinə qoşulmuş operatorlardan biridir.
Qiddiya – Səudiyyə Ərəbistanın inkişaf elətdirdiyi mega layihələrdən biridir, hansıki yeni iş yeri yaratmağa kömək edəcək.
Ölkənin ən qədim şəhərlərindən biri olan Əl-Ulada turizmin inkişaf etməsi üçün əlverişlidir.
Bu gün turizmdən əldə edilən gəlir Səudiyyə Ərəbistanının ÜDM-nun 2%-ni təşkil edir.
Səudiyyə Ərəbistanının turizm bazarı, demək olar ki, hər il həcc ziyarətinə gələnlərin hesabına inkişaf edir. 2030-cu ilə qədər onların sayı 30 milyona çatacağı güman edilir.
Səudiyyə Ərəbistanının energetika naziri qeyd edir ki, neft ilə zəngin olan ölkə tədricən neftdən asılılığını azaltmağı planlaşdırır.