Bir çox istifadəçilərin gözləntilərinə baxmayaraq keçən il Google şirkəti Pixel 3 smartfon modelləri ilə birlikdə özünün smart saat modelini təqdim etmədi. İndiyənə kimi şirkətin bu məsələ ilə bağlı bir məlumat verməməsinə baxmayaraq internetdə həmin smart saat barəsində artıq məlumat ortaya çıxıb. Perspektiv cəhətdən Google şirkətinin smart saat modeli digər şirkətlərin daşınıla bilən cihazlarına rəqib ola bilər. Bu barədə Androidauthority saytı xəbər verib.
Letsgodigital saytı Google şirkətinin Camera Watch kod adına sahib smart saat modeli barəsində məlumatların əks olunduğu patent sənədini təqdim edib. Şirkətin smart saat modeli öz qeyri adi dizaynı ilə marağı cəlb edir. Belə ki, saat birbaşa ekrana inteqrasiya edilmiş kameranı əldə edib. Perspektiv baxımdan bu üsulla istifadəçi smartfondan istifadə etməyərək videoçəkiliş apara və ya öz yaxınları ilə videozəng reallaşdıra bilər.

©Technote









