2 C
Baku
Sunday, December 15, 2024

Jack Ma: “İnsanlar həftədə 3 gün olmaqla gündə 4 saat çalışacaqlar”

Alibaba Group şirkətinin yaradıcısı Jack Ma-nın proqnozuna əsasən gələcəkdə insanlar həftədə 3 gün olmaqla hər gündə 4 saat çalışa biləcəklər. Bu, texnoloji nailiyyətlər və təhsil sistemində reformlar vasitəsilə mümkün olacaq. Sözügedən mövzu barəsində Jack Ma süni zəka sahəsində Şanxayda keçirilmiş konfransda danşıb. Bu barədə Bloomberg saytı xəbər verib.

Ma texnologiyaların inkişafının istirahətə daha çox zaman ayırmanın mümkünlüyü kimi elektrik enerjisini misal gətirib. “Elektirk enerjisinin gücü ondadır ki, o, insanlara gecələr boş zamanlarda karaokelərə və müxtəlif əyləncə mərkəzlərinə getmək imkanını verir. Mən düşünürəm ki, süni zəka insanlara məhz insan olduqları faktorundan zövq almaq üçün daha çox zaman verəcək” – deyə Ma bildirib.

Onun sözlərinə əasən növbəti 10-20 ildə bütün dövlətlər təhsil sistemində reformların keçirilməsinə diqqət ayırmalıdırlar. Bu onun üçün lazımdır ki, insanlar həftədə 3 gün olmaqla hər gündə 4 saat çalışmalı lazım olan işi tapa bilsinlər. Hal hazırda olan təhsil sistemini isə Ma artıq köhnəlmiş hesab edir. Onun sözlərinə əsasən hal hazırki təhsil sistemi sənaye dövrü üçün yaradılmışdı. Ma düşünür ki, gələcək təhsil sistemləri insanlara daha kreativ olmaqda yardımçı olmalıdırlar. 

©Technote.az

Son xəbərlər
Digər xəbərlər