6 C
Baku
Thursday, December 26, 2024

Qalmaqallı biznesmenlərdən ən yaxşı məsləhətlər

Biznesdə lider olan şəxslər məsləhət verməyi sevirlər. Lakin özləri çox nadir hallarda bu məsləhətlərə əməl edirlər. Zack Basonete özünün yeni “Pis insanlardan yaxşı məsləhətlər” (GoodAdvicefromBadPeople)  kitabında məhz bu haqda danışır.

Aşağıda sizə belə qalmaqallı biznesmenlərin səsləndirdiyi ən yaxşı məsləhətləri təqdim edirik: 

Dick Fuld: Lider öz ardıcıllarına təhlükəsiz mühit yaradır.

Dick Fuld Lehman Brothers-in prezidenti olub. Wall-Street-də bir çoxları onu 2008-ci ildə bankın iflas etməsində yol verdiyi səhvlərə görə günahkar hesab edir. Qeyd edək ki, bu iflas öz növbəsində dünya bazarında həyəcana səbəb olmuşdu.

Fuld 2006-cı ildə Kolorado universitetində çıxışı zamanı bildirmişdi: “Siz nə danışdığınızı bilsəniz insanlar sizin ardınızca gedəcək. Belə ki, onlar özlərini təhlükəsiz hiss edəcəklər”.

dik fuld

John Scully: Rəhbərlər fikir ayrılığını genişləndirməlidirlər.

John Scully Apple şirkətinə 1985-ci ilin may ayənda yeni baş icraçı direktor vəzifəsinə gəlib. Tezliklə o Stiv Jobsun Apple şirkətinə uyğun gəlmədiyini iddia edir. 5 aydan sonra Jobs öz yaratdığı şirkəti tərk edir.

Scully öz kitabında yazır: “Bir menecer kimi mən öz tabeçiliyimdə olan insanlarda əks fikir yaratmağa çalışıram. Fikir ayrılığı müzakirənin yaranmasına səbəb olur və digərlərində nisbəətn fərqli baxış bucağı yaradır”.

skalli

Bernard Medoff: Adi investor qiymətli kağızlara riskli yatırımlardan uzaq durmalıdır.

Bernard Medoff tarixin ən böyük maliyyə piramidasını yaratmışdır. 2009-cu ildə o fırıldaqçılıq əməllərinə görə Nyu-York məhkəməsi tərəfindən 150 illik həbs cəzasına layiq görülmüşdü.

medoff

Dennis Kozlovski: Liderlər yüksək mənəvi prinsiplərdən çəkinməlidirlər.

Dennis Kozlovski digər şirkətlərin tez-tez alınması səbəbindən Tyco şirkətinin rəhbərliyindən getməli olur. Bu zaman o həmçinin vergidən yayınmada da günahkar bilinirdi. Daha sonradan məlum olur ki, Kozlovski şirkətləri korporativ gəlirin süni şəkildə artırılması üçün əldə e dirdi.

Onu həmçinin şirkətin vəsaitlərindən (50 milyon dollar) öz şəxsi mənfəətləri üçün istifadə etməsində günahlandırırdılar. 2005-ci ildə isə 8 illik həbs cəzasına məhkum edilir.

Kozlovski 2002-ci ildə bildirmişdi: “Həyat yolumuzdakı çətinliklər bizim mənəci prinsiplərimizi sınağa çəkir. Seçim edərkən diqqətli olun, çünki bu o qədər də asan deyil”.

kozlovski

Son xəbərlər
Digər xəbərlər