Sentyabr ayından minimum əmək haqq 250 manata qalxıb. Bu səbəbdən də kütləvi artım olub.
Qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırkı qaydada əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır.
Əmsallaşdırma bütün büdcə təşkilatlarına aidir. Digər sahələrdə çalışanlara o halda aiddir ki, işçi ilə işəgötürən arasında müəssisələrin kollektiv müqaviləsində bu şərt göstərilsin.
Əmsallaşdırma aid linkə buradan daxil ola bilərsiniz: https://banker.az/%C9%99m%C9%99k-haqqi-kutl%C9%99vi-s%C9%99kild%C9%99-artiqda-m%C9%99zuniyy%C9%99t-nec%C9%99-hesablanacaq/
Burda iki məsələyə diqqət etmək lazımdır. Bəzi insan üzrə mütəxəssislər qeyd edillər ki, Əmək Məcəlləsi Nazirlər Kabinetinin qətarından üstün olduğu üçün əsas Əmək Məcəlləsi üstün götürülür və belə olan halda əmsallaşdırma bütün təşkilatlara aiddir. İstər kommersiya, istər büdcə. Amma burada açıq şəkildə qeyd olunur ki, əmsallaşdırma bütün büdcə təşkilatlarına aidir. Digər sahələrdə çalışanlara o halda aiddir ki, işçi ilə işəgötürən arasında müəssisələrin kollektiv müqaviləsində bu şərt göstərilsin. Yəni göstərildiyi ( digər sahələrdə) və qeyd olunduğu halda bu nəzərə alınır.
İkinci məsələ isə məzuniyyətin verilməsi ilə bağlıdır. Yani işçi sentyabr 2019-cu ildə məzuniyyətə çıxırsa əmsallaşma burada nəzərə alınmır. Səbəb odur ki, Əmək Məcəlləsinin müddəalarına görə əvvəlki aylar götürülür, bu baxımdan əvvəlki sonuncu ay düşür avqustda, amma kütləvi artım isə sentyabrın 1-dəndir bu halda sentyabrda məzuniyyətə çıxanda bu nəzərə alınmayacaq. Oktyabrda əgər işçi məzuniyyətə çıxarsa bu nəzərə alınacaq. Çünki sonuncu ay düşür sentyabra və bu baxımdan bunlara duqqət etmək lazımdır.
İqtisadçı-ekspert Rauf Qarayev