8 C
Baku
Sunday, December 22, 2024

İsveçrə şirkətinin Azərbaycandakı törəməsi bağlanır

Isveçrə şirkətinin Azərbaycandakı törəməsi ləğv olunub.

Banker.az xəbər verir ki, “Belimo Azerbaijan” MMC ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1021 Bakı şəhəri, Səbayıl rayonu, Gənclər küçəsi, ev 3, mənzil 47 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Belimo” şirkəti 1975-ci ildə təsis edilib. Bu şirkət istilik, havalandırma və kondisioner sistemlərinə nəzarət üçün aktivatorların inkişafı, istehsalında qlobal bazar lideridir. Aktivatorlar, idarəetmə klapanları və sensorlar şirkətin əsas işini təşkil edir. 

Son xəbərlər
Digər xəbərlər