14 C
Baku
Monday, May 6, 2024

Azərbaycanda tələbələrə ödəniş kartları paylanacaq – İLK OLARAQ UNEC-də

Azərbaycanda ali təhsil müəssisələrinin tələbələrinə SMART-kartlar paylanacaq.

Məlumata görə, gələn ildən start veriləcəyi layihəni ilk olaraq Azərbaycan Dövlət İqtisad Universiteti ilə icra olunacağı gözlənilir.

Bu kartlar vasitəsilə tələbələr həm universitet ərazisinə daxil olmaq, həm də ictimai nəqliyyatda gediş haqlarını ödəmək imkanını əldə edəcəklər. 

Layihənin icra mexanizmləri Avropa Kartlar Assosiasiyası ilə müzakirə olunub və bu təşkilatın loqosu kartın üzərində əks olunacaq. Tələbələr kartların funksionalını Avropa ölkələrinə səfər etdiyi zaman da istifadə edə biləcəklər.

 

© APA

Son xəbərlər
 ⁠
Digər xəbərlər