1 C
Baku
Saturday, December 14, 2024

Ukrayna Naxçıvana investisiya yatırmaq istəyir

İlin sonuna qədər Ukrayna səfirliyi Azərbaycanda bir sıra layihələr həyata keçirmək: Ukrayna müəssisələrinin məhsullarının distribyutorluğunu da həyata keçirəcək Ukrayna Ticarət Evini açmaq niyyətindədir. Bundan başqa, Ukraynanın Azərbaycandakı fəxri konsulluğunun institutunun açılması və hər iki ölkənin regionları arasında əməkdaşlıq qurulması nəzərdə tutulur. Bu barədə bugünki mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

Regionlararası əlaqələrin inkişaf etdirilməsi məqsədilə səfirliyin nümayəndə heyəti iyulda Naxçıvan Muxtar Respublikasına səfər edib, orada investisiya təklifləri irəli sürüb.

“Ukrayna və Azərbaycanın əməkdaşlığı ilə bağlı tarixi faktları üzə çıxarmaq üçün arxivlərdə birgə iş həyata keçirməyi planlaşdırırıq”, deyən səfir xatırladıb ki, 100 il əvvəl Ukrayna və Azərbaycan xarici işlər nazirləri Kraskovski və Xoyski tərəfindən imzalanmış bir-birinin müstəqilliyini tanıma haqqında diplomatik etimadnamələri bir-birinə təqdim edib.

Səfirlik həmçinin bu ay Bakıda Ukrayna bazar məktəbi açılmasını və Azərbaycanda Ukrayna diasporası ilə işin genişləndirilməsini nəzərdə tutur.

Mədəni əlaqələrin inkişafına toxunan səfir qeyd edib ki, bu əlaqələr hələlik Bakı Slavyan Universitetindəki Ukrayna Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə məhdudlaşır. Azərbaycanda Ukrayna Kinosu Günləri keçirilməsi haqqında ideya var.

“İki ölkə arasında münasibətlərin müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, siyasi dialoqun inkişaf etdirilməsi və prezidentlər İlham Əliyev və Vladimir Zelenski arasında ilk görüşün hazırlanması üzərində iş davam etdirilir”.

O, Ukraynanın Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə prinsipial mövqeyini təsdiq edib. “Təcavüzə uğramış ölkə güclü və inkişaf etmişdirsə”, işğal edilmiş ərazilərin qaytarılması haqqında danışıqlar effektiv ola bilər, deyə Ukrayna səfiri qeyd edib.

Turizm sahəsinə toxunan səfir qeyd edib ki, ilin sonuna doğru Azərbaycanda ukraynalı turistlərin sayı 50 minə çatacaq. Lakin burada istifadə olunmamış potensial var. Səfir turizmin inkişafı üçün Bakı və Kiyev arasında aviareyslərin sayının artırılmasını zəruri hesab edir.

Energetika sahəsində əməkdaşlığa toxunan səfir qeyd edib ki, Ukraynada SOCAR dövlət neft şirkətinin 60 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. “Bu rəqəmin 100-ə çatdırılması yaxşı olardı”, deyə Kanevski əlavə edib.

SOCAR həmçinin Ukraynada təbii qaz distribyutorlarından biridir. Statistikaya əsasən, Ukraynaya xammal neftin 98%-ni Azərbaycan ixrac edir, deyə o qeyd edib.

Kanevski hərbi-texniki sahədə əməkdaşlığa da toxunaraq qeyd edib ki, “Ukrayna silahının keyfiyyəti Rusiya ilə döyüşlərdə sınaqdan çıxıb”.

Əsir mübadiləsindən sonra Ukraynanın Rusiya ilə münasibətlərdə gələcək addımları haqqında suala cavab verən səfir ölkəsinin Krım və Donbasın işğalı ilə “barışmasını” istisna edib. O, Ukrayna ordusunun və iqtisadiyyatının gücləndirilməsi zərurəti haqqında tezisi təkrar edib. Bununla yanaşı, Normand formatında danışıqlar davam etdiriləcək, deyə səfir qeyd edib.

©Turan

Son xəbərlər
Digər xəbərlər