Amerikanın “Apple” şirkətinin kapitallaşması 1 trilyon dolları ötüb keçib.
Banker.az xəbər verir ki, NASDAQ birjasından əldə olunan məlumata görə, şirkət 1,010 trilyon dollar dəyərində qiymətləndirilir.
Qeyd edildiyi kimi, artım 3,18% təşkil edib. Beləliklə, kapitallaşmaya görə “Apple” yalnız “Microsoft” dan geri qalır. Sonuncu 1,039 trilyon dollar dəyərində qiymətləndirilir.
Xatırladaq ki, sentyabrın 10-da “Apple” iPhone-un üç yeni modelini təqdim edib – iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max. Bundan əlavə, şirkət yeddinci nəsil iPad, Apple Watch 5 və Apple Arcade oyun xidmətini təqdim edib.
Avqustun ortalarında kapitallaşmaya görə birinci yerdə “Microsoft”, ikinci yerdə “Apple”, üçüncü yerdə isə “Amazon” durur. Qeyd edək ki, 2019-cu ilin mart ayında “Apple” in kapitallaşması 896 milyard dollar təşkil edib.