15 C
Baku
Tuesday, April 30, 2024

İngiltərənin neft-qaz sektorunda fəaliyyət göstərən şirkəti Azərbaycanda filial açıb

Azərbaycanda daha bir xarici şirkətin filialı açılır.

Banker.az xəbər verir ki, “Dril – Quip (Europe)” şirkətinin Azərbaycanda filialı açılır. Bu filialın təmsilçisi ABŞ vətəndaşı olan Witwer Bruce Joseph-dir.

Dril-Quip (Europe)” şirkətinin filialı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov ev.1, məh.523 m.23 ünvanında fəaliyyət göstərəcək.

Bildirək ki, “Dril-Quip” dənizdə istifadə üçün qazma avadanlıqları istehsal edən aparıcı şirkətlərdən biridir. Şirkət dünyanın hər yerində neft və qaz şirkətlərinin istifadəsi üçün sualtı, yerüstü və dənizdə qurğular hazırlayır. “Dril-Quip” quraşdırma və yenidənqurma xidmətləri ilə yanaşı məhsullarından istifadə üçün kirayə xidmətləri də göstərir.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər