15 C
Baku
Sunday, November 24, 2024

Hesablama Palatası AZAL-ın maliyyə hesabatlarını açıqlamamasına münasibət bildirib

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət şirkəti olan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) maliyyət hesabatlarını açıqlamamasına münasibət bildirib.

“APA-nın məlumatına görə, V. Gülməmmədov jurnalistlərə açıqlamasında deyib ki, qüvvədə olan qanunvericiliyə əsasən, dövlət şirkətləri maliyyə hesabatlarını açıqlamalıdırlar.

Hesablama Palatasının sədri AZAL-ın maliyyə hesabatlarını açıqlamaması barədə sualın AZAL rəhbərliyinə ünvanlanmalı olduğunu qeyd edib: “AZAL-ın Hesablama Palatasına hesabat verməsinə gəlincə, bu, qanunvericilikdə nəzərdə tutulmayıb. Yalnız bizim tələblə AZAL belə hesabat təqdim edir. Biz də dövlət büdcəsinin icrası ilə bağlı rəy yazarkən dövlət büdcəsi vəsaitlərindən istifadə ilə bağlı təkliflər veririk. AZAL-a belə təkliflər təqdim olunub”.

V. Gülməmmədov həmin təkliflərdə yer alan tövsiyələrin tam yerinə yetirilib-yetirilmədiyini söyləməyin mümkün olmadığını bildirib: “Hesablama Palatasına verilən məlumata görə, bununla bağlı iş gedir. Məndə olan məlumata görə, bu barədə AZAL yaxın vaxtlarda məlumat verəcək”.

Son xəbərlər
Digər xəbərlər