2 C
Baku
Saturday, December 14, 2024

ABŞ sanksiyalarına görə “Huawei” şirkəti noutbuklarını Linux’a keçirdir

 Huawei şirkəti ABŞ sanksiyaları səbəbilə Windows əməliyyat sistemindən istifadənin qadağan olunmasına artıq hazırlaşır. Buna görə də şirkət Linux əməliyyat sistemi vasitəsilə çalışan yeni noutbuk modellərini təqdim edib.. Bu barədə Forbes saytı xəbər verib. Söhbət, Matebook X ProMatebook 13 və Matebook 14 noutbuk modellərindən gedir.

04e010b771874077d56168238e29109d

Onlar Debian əsasında hazırlanmış Linux distributivinə sahib Deepin Linux əməliyyat sistemi vasitəsilə çalışırlar. Məlumata əsasən noutbukların Linux əməliyyat sisteminə keçid etmələri sürətli şəkildə baş verməyib. Belə ki, noutbukların yeni əməliyyat sisteminə adaptasiyası üçün şirkət uzun müddət ərzində tərtibatçılar ilə çalışıb.

 Linux əməliyyat sisteminə sahib yeni noutbukların satışlarına artıq yaxın zamanda start veriləcək. Lakin onların qiymətləri barəsində heç bir məlumat yoxdur. Güman etmək olar ki, Linux əməliyyat sisteminə sahib noutbukun qiyməti Windows əməliyyat sisteminə sahib noutbukun qiymətindən daha aşağı olacaq. Çox güman ki, gələcəkdə şirkət öz noutbuk modellərini HarmonyOS adlı fərdi əməliyyat sisteminə keçirdəcək.

1c875aff2ec80198085c5d5ddc9988d4

©Technote.az

Son xəbərlər
Digər xəbərlər