12 C
Baku
Wednesday, December 11, 2024

Əhalinin banklardakı əmanətlərinin 43,6%-i milli valyutadadır

Mərkəzi Bankın məlumatına görə, avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 8 milyard 580 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, əmanətlərin 56,4 faizi xarici, 43,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 23,4 faiz artıb, xarici valyutada əmanətlər isə 3,6 faiz azalıb.

Avqustda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,89 (1,92) manata, 100 rus rubluna 2,59 (2,61) manata bərabər olub.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər