Keçirdiyi sosial yönümlü layihələri ilə cəmiyyətə və onun dəyərlərinə önəm verən Bank of Baku, təhsilə dəstək məqsədilə Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində başladığı “Onlar Sevinsin” layihəsini bu il də uğurla davam etdirib.
Silsilə xarakteri daşıyan “Onlar Sevinsin” layihəsinin üçüncü ilində Bank of Baku-nun əməkdaşları vətəniminizin qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonuna və həmin rayonun Seyidlər və Hacıqurbanova kəndinə sevgi dolu çantalarla səfər edərək, 66 nəfər məktəblinin sevincinə səbəb olub.
Hər il yeni dərs ilinin başlaması münasibətilə keçirilən layihənin əsas məqsədi, ucqar kənd məktəblərində oxuyan aztəminatlı ailələrin övladlarını, fiziki məhdudiyyəti olan şagirdləri məktəbli çantası və ləvazimatları ilə təmin edərək, onların təhsilinə dəstək olmaq və kiçik ürəklərinə böyük sevinclər bəxş etməkdir.
Layihənin gedişatı zamanı onların sevincini əks etdirən video çarxlarla aşağıdan tanış bilərsiniz:
- #OnlarSevinsin 2019 – http://y2u.be/PBF8QqvKILA
- #OnlarSevinsin 2018 – http://y2u.be/LySjfG_bOuw
- #OnlarSevinsin 2017 – http://y2u.be/GNzKEej2Kk8
Qeyd edək ki, icrasına 2017-ci ildə start verilən layihə çərçivəsində, #OnlarSevinsin deyə Azərbaycanımızı qarış-qarış gəzərək, məktəb-məktəb, ev-ev dolaşan Bank of Baku-nun əməkdaşları 3 il ərzində 300 nəfərə yaxın məktəblini sevindirmiş, gələcəyə ümid işığı yandırmışdır.