Bir ölkəyə investisiya qoymaq üçün, həmin ölkənin müəyyən şərtlərə cavab verməsi lazımdır. 2011-ci il hesabatında World Bank Group-un ekspertləri investisiya üçün əlverişli olan ölkələri xarakterizə edən əsas dörd amil müəyyən etdilər: əhalinin sayı, ekoloji vəziyyət, münasibətlər və qanunvericilik bazası.
Bu amillər investisiya zamanı böyük rol oynayırlar.
U.S. News & World Report-un mütəxəssisləri 2019-cu ildə investisiya qoyuluşu üzrə ən yaxşı ölkələrin adlarını açıqladı.
Bu ölkələri müəyyənləşdirmək üçün mütəxəssislər ölkədəki mədəni təsir, işgüzar atmosfer və həyat keyfiyyəti kimi amilləri göstərən 65 fərqli parametrdən istifadə edərək 80 ölkədən 21 mindən çox insan arasında sorğu keçirdilər.
1. Çili
ÜDM: 277,1 milyard dollar
ÜDM-un artım tempi: 4,0%
Ölkənin əsas sənayesi mədənçıxarmadır (mis və digər metallar), belə ki, Çili dünyanın ən böyük mis ixracatçısıdır (CODELCO şirkəti).
Digər sənaye sahələrinə metallurgiya, ağac emalı, qida və toxuculuq aiddir.
2. Sloveniya
ÜDM: 48,8 milyard dollar
ÜDM-un artım tempi: 4,5%
Sloveniyanın inkişaf etmiş iqtisadiyyatı var. Bütün slavyan ölkələri və keçmiş kommunist planlı iqtisadiyyatı olan ölkələr arasında, adambaşına düşən gəlirə görə birinci yerdədir.
Ölkə işçi qüvvəsinin təhsilli olması ilə fərqlənir, infrastruktur yüksək səviyyədə inkişaf edib. Bütün üstünlüklərə baxmayaraq, xarici investisiyaların həcminə görə Sloveniya geri qalan ölkələrdən biridir.
3. Vyetnam
Əhali: 95,5 milyon dollar
ÜDM: 223,9 milyard dollar
ÜDM-un artım tempi: 7,1%
Vyetnam inkişaf edən sənayesi olan kənd təsərrüfatı ölkəsidir. Qarışıq kimi xarakterizə olunur, iqtisadiyyatda dövlətin rolu böyükdür. Bazar payı azdır, əsasən kiçik müəssisələrdir.
Əsas sənaye sahələri: qida, yüngül, maşınqayırma, dağ-mədən, sement, kimyəvi gübrələr, neft və s.
3. Qatar
Əhali: 2,6 milyon
ÜDM: 167,6 milyard dollar
ÜDM-un artım tempi: 1,4%
Beynəlxalq Valyuta Fondunun verdiyi məlumata görə, son illərdə Qatar ÜDM-un həcminə görə lider ölkələrdən biri sayılır.
Qatar qaz ehtiyatlarına görə üçüncüdür. Təbii qaz, neft və neft məhsulları ixrac edir.
4. Polşa
ÜDM: 524,5 milyard dollar
ÜDM-un artım tempi: 5,1%
Polşanın iqtisadiyyatı sosial yönümlü bazar iqtisadiyyatıdır.
Avropa İttifaqı çərçivəsində altıncı, şərq blokunun keçmiş ölkələri arasında isə birincidir.
2019-cu ilin nəticələrinə görə, Polşa iqtisadiyyatı son 28 ildə artır. Bu, Aİ-da rekord göstəricidir.
5. Hindistan
Əhali: 1,3 milyard
ÜDM: 2,6 trilyon dollar
ÜDM-un artım tempi: 7,0%
Son iki onillikdə Hindistan iqtisadiyyatı böyüməyə davam edir, lakin fərqli sosial qrupları, coğrafi bölgələri və kənd ilə şəhəri müqayisə etdikdə bu artımın qeyri-bərabər olduğu görünür.
Son zamanlar Hindistan ingilisdilli mütəxəssislərin hesabına çoxmilli korporasiyalar üçün autsorsinq, tibbi turizm üçün isə ən populyar məkanlardan birinə çevrilib.
Qeyd etmək lazımıdır ki, Hindistan həmçinin proqram təminatı və maliyyə-texniki xidmətlərin ixracatçısıdır.
6. Lüksemburq
ÜDM: 62,4 milyard dollar
ÜDM-un artım tempi: 2,6%
Lüksemburq Avropanın ən bahalı ölkələrindən biridir. Avropa İttifaqının bir çox təşkilatı məhz burada yerləşir.
Əlverişli şərait və dəniz zonası sayəsində paytaxtda 1 minə yaxın investisiya fondu və 200-dən çox bank yerləşdirilib – dünyanın digər ölkələri ilə müqayisədə birincidir.
7. Kosta-Rika
Əhali: 4,9 milyon
ÜDM: 57,1 milyard dollar
ÜDM-un artım tempi: 2,7%
Kosta-Rikanın iqtisadiyyatı turizm, kənd təsərrüfatı və elektronikanın (mikroprosessorlar və tibbi qurğular) istehsalı və ixracına əsaslanır.
Xarici investorları siyasi sabitlik, işçi qüvvəsinin ixtisaslaşması və vergi güzəştləri cəlb edir.
8. Səudiyyə Ərəbistanı
Əhali: 32,9 milyon
ÜDM: 683,8 milyard dollar
ÜDM-un artım tempi: 2,2%
Səudiyyə ərəbistanı OPEC təşkilatında lider olan dövlətdir.
İqtisadiyyat neft sənayesinə əsaslanır. Qeyd edək ki, neft sənayesi ÜDM-un 45%-ni təşkil edir.
Büdcə gəlirinin 75%-ni, ixracatın isə 90%-ni neft məhsulları təşkil edir.
9. Uruqvay
Əhali: 3,5 milyon
ÜDM: 56,2 milyard dollar
ÜDM-un artım tempi: 1,6%
Uruqvay Latın Amerikasının iqtisadi baxımdan ən inkişaf etmiş ölkələrindən biridir.
İqtisadiyyat heyvandarlıq məhsullarının ixracına yönəlib – kənd təsərrüfatı və balıqçılıq.
Heyvandarlıq ixracı inkişaf etdirilir.
Əsas məhsullar: buğda, düyü, şəkər çanağı, qarğıdalı, yağ kətan, günəbaxan, mal-qara üçün yem otları. Üzüm və sitrus meyvələri də becərilir.