ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı tərəfindən dünya bazarlarına karbohidrogen tədarükünün azalmasına baxmayaraq, ABŞ-ın strateji neft ehtiyatlarından istifadəsinə ehtiyac görmür.
Ağ Evdə jurnalistlər ABŞ-ın strateji neft ehtiyatlarından istifadə edilməsi qərarının olub-olmadığı barədə Donald Trampa sual ünvanlayıblar.
ABŞ prezidenti isə çıxışında bildirib: “Düşünmürəm ki, strateji yanacaq ehtiyatlarından istifadə eləmək lazımdır. Ancaq strateji neft ehtiyatlarından istifadə etmək istəsək, onları asanlıqla aça bilərik”.
©Trend.az