Problemlər gözlənilməyən yerdən gəldi. ABŞ-ın maliyyə sistemi kəskin dollar qıtlığı ilə üzləşib, bu isə faktiki olaraq banklararası bazarın iflic olmasına gətirib çıxarıb. Federal Ehtiyatlar Sistemi son 10 il ərzində ilk dəfə olaraq likvidliyə əl atıb.
Banker.az xəbər verir ki, bazar açılmazdan əvvəl banklararası REPO faiz dərəcəsi 8,75%-ə çatmışdır. FED-in əlindən gələn tək şey, likvidliyi təmin edilməsi üzrə əməliyyat keçirmək olub.
Əvvəlcə belə bir əməliyyatın keçiriləcəyi barədə məlumat verilib, sonra texniki problemlər səbəbindən əməliyyat ləğv edilib və yalnız 10 dəqiqədən sonra həyata keçirilib.
Banklar 53,15 milyard dollar götürüb. FED iştirak edən bankların sayını açıqlamasa da, onların çox olduğuna şübhə yoxdur.
Mütəxəssislər REPO əməliyyatının keçirilməsinin əsas səbəbi kimi, tənzimləyicinin QE-ni işə salmaq istəmədiyini göstərirlər. Əgər bu kifayət etməsə, FED növbəti mərhələyə – səhmlərin alınmasına keçəcəkdir.
Görəsən bu cür əməliyyatlar bazarın tələbatını nə qədər müddət ərzində təmin edə biləcək və QE-yə qədər nə qədər vaxt keçəcəkdir? Şübhəsiz ki, ABŞ prezidenti Donald Tramp sevinəcək.
Qeyd etmək lazımdır ki, bu hadisə bazara praktiki olaraq heç bir təsir göstərməyib. Əsas EUR / USD valyuta cütlüyü bahalaşa-bahalaşa gedib.
Fond bazarında heç bir dəyişiklik olmayıb. Hamı FED-in keçirəcəyi iclasın nəticələrini gözləyir. Artıq bu gün hər şey aydın olacaqdır – faiz dərəcəsi yenidən azaldılacaq, yoxsa yox.