ABŞ Federal Ehtiyat Sistemindən (FES) sonra Honkonqun monetar tənzimləyicisi də baza dərəcəsini 25 baza bənd azaldaraq 2,25%-ə endirib.
Report agentliyi RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında deyilir.
Məlumatda bildirilib ki, qərar dərhal qüvvəyə minib.
Həmçinin baza dərəcəsinin aşağı salınmasının ABŞ FES-nin sentyabrın 18-də faiz dərəcəsini 25 baza bəndi səviyyəsində endirməsi ilə şərtləndiyi qeyd olunub.
Xatırladaq ki, FES çərşənbə günü uçot dərəcəsini illik baza faiz dərəcəsini 2-2,5 faizdən 1,75-2 faizə salıb.