Azərbaycan Energetika Nazirliyi 2020-ci ildə ölkədə neft hasilatının cüzi – 39 mln. tonadək artımını proqnozlaşdırır. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Əsas vəzifəmiz nmeft hasilatının stabil səviyyəsinin qorunmasıdır. Bununla əlaqədar, 2019-cu ildə Azərbaycanda 38 mln. ton səviyyəsində həcm proqnozlaşdırılır. 2020-ci ildə bu göstəricinin bir qədər – 39 mln. tonadək artımını proqnozlaşdırırıq. 2021-ci ildə də analoji həcm proqnozlaşdırılır”, – Şahbazov cümə axşamı mətbuat konfransında bildirib.
©İnterfaks-Azərbaycan